Oxumaq üçün bura klik edin

Oxumaq üçün bura klik edin

 
notion imagenotion image
1.Notiondan hansı dərəcədə istifadə edirsiniz ?
Gündəlik olaraq istifadə edirəm. Daha çox online görüşlər zamanı qeydlərimi Notion database-də götürürəm və Aİ ilə onları small actions çevirə bilirəm. Bundan əlavə olaraq Personal branding üçün də Notiona daxil olaram. Sosial mediada paylaşacağım bütün kontentləri ora əlavə edirəm. Bununla hansı gün hansı kontenti paylaşacağımı artıq bilirəm. 2.Notiondan nə üçün istifadə edirsiniz?
Gündəlik olaraq onlin görüşlərə qoşuluram və bu görüşlər zamanı mənə ötürülən taskları anında Notion qeyd edirəm. Qeyd dəftərimə də qeydlər edirəm. Amma orada yazdığımı daha sonra tapmaq mənim üçün çətin olur. Notion text daxil etdikdə Notion Aİ onu actionable steps çevirə bilir. Bunu edəndən sonra həmin taskları Kanban daxilinə yazıram. Bundan əlavə olaraq. Reddit, YouTube,X, və Linkedin hesablarım var və onları böyütmək üçün Notion əla bir vasitədir.
 
3.Nə zamandan Notion istifadə edirsiniz ?
Artıq 2 ilə yaxındır ki, Notion-dan aralıqsız istifadə edirəm və ətrafımda olan hər kəsə tövsiyə edirəm. Artıq ətrafımdakı 5 nəfəri Notion’a keçirə bilmişəm. Bilirəm qəribə səslənəcək, amma daha çox məqsəd qoyub onu reallaşdıra bilməyən şəxslərə bu aləti tövsiyə edirəm. Çünki Notion sizə vizuallaşdırmağa və planlamağa kömək edir. İnsanların çoxunun problemi də məhz budur: sadəcə məqsəd qoyurlar, prosesi planlamırlar.
 
4.Son gələn yeniliklərdən hansıları işinizə yaradı ?
Charts çox sevdim. Mənim içərisində fərqli properties əsaslanan databazalarım var və hər birini vizuallaşdıra bilməyim məni daha çox işləməyə motivasiya edir. Tezliklə Notion forms gələcək. Hətta yanılmıramsa X üzərindən beta userlərə ilkin versiyanı test üçün göndəriblər. Bu yeni özəlliklər Notion widget satan bir çox startupa mənfi təsir edəcək. Ödənişli Notion analytics təklif edən çox startup var. Notion Forms Tally mənfi təsir edə bilər.
 
5.Notionun ən çox bəyəndiyiniz funksiyası hansıdır?
Yaratdığım notion page 1 dəqiqənin altında publish edib sayt olaraq paylaşa bilirəm. Bu funksiyanı çox sevirəm. Bundan əlavə olaraq Notion Q&A funksiyasını tez-tez istifadə edirəm. 6.Ən çox istifadə etdiyiniz şablonlar hansılardır ?
İlk başlarda daha çox weekly planner və ya project managerlər üçün hazırlanmış template-lər istifadə edirəm. Daha sonra template yaradıb satmağı özüm öyrəndim və hal-hazırda öz templatelərimi özüm hazırlayıram. Onları Second Office adı altında satıram. Notion mənim üçün 2-ci ofisdir. 7.Notion istifadəsi nə kimi dəyişikliklərə yol açdı?
Daha çox vaxta qənaət edə bilirəm. Notiondan əvvəl mənə aid sənədləri fərqli yerlərdə save edirdim. Bir hissəsini Dropbox-da, qalanlarını Drive-da, tez-tez istifadə etdiklərim isə Telegram-da saxlayırdım. İndi hamısı bir Notion database-dədir. 8.Notion Azərbaycan icmasının sizə nə kimi faydası oldu ?
Əlbəttə, ən son yeniliklərdən xəbərdar oluram. Bu icmanı çox sevirəm. Moderatorlar aktiv olaraq Notion funksiyaları ilə bizi tanış edirlər. Məsələn Charts haqqında bu icmadan öyrəndim. Bu icmanı təşkil edən hər kəsə təşəkkür edirəm. 9.Notionu bir sözlə ifadə edin Organized 10.İnsanlar niyə Notion istifadə etməlidir? Daha çox vaxta qənaət etmək üçün hamıya tövsiyə edirəm. Əsasən də əgər tələbə, startupçı və ya developersinizsə, bütün qeydlərinizi rahatlıqla burada saxlayıb daha sonra qarşı tərəflə bölüşə bilərsiniz.